“Maştağa subtropik çörək zavodu”nun istehsal etdiyi çörəyin içindən böcək çıxıb. Foodinfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb. Şikayətçi bildirir ki, çörəyi kəsərkən içərisindən böcək çıxıb: “Görün nə yeyirik. Artıq ürək rahatlığı ilə uşaqlarımızın əlinə çörək də verə bilməyəcəyik? Maştağadakı çörək zavodunun çörəyindən böcək çıxıb. Xəstəliklər yediyimiz çörəkdən başlayır. Dövlət çörək sexlərini güclü nəzarətdə saxlamalıdır. İnsan yediyi çörəyi də ürəklə yeyə bilmir daha”. Şikayətçi yazır ki, çörək zavodu ilə əlaqə saxlayaraq bu barədə iradını bildirib və çəkdiyi fotoları təqdim edib. Zavoddan bildiriblər ki, araşdırıb ətraflı məlumat verəcəklər. Foodinfo.az şikayətçinin çəkdiyi fotoları təqdim edir:
[gallery size="large" link="none" ids="981,982,983"]