Çoxlu miqdarda banan yemək bəzən piylənmə, xora, qastrit, hipoqlikemiya, böyrək və qaraciyər xəstəlikləri olan insanlara tövsiyə olunur.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla belə, dietoloq Rustem Sadıqov meyvə pəhrizini təhlükəli hesab edir və heç kimə bundan istifadə etməyi məsləhət görmür.
Mütəxəssis vurğulayıb ki, şəkərli diabet xəstələrinə banan pəhrizini etməyə icazə verilmir. Çünki meyvənin tərkibində çoxlu saxaroza var. Həmçinin, bu pəhriz piylənmə olan insanlar üçün tövsiyə edilmir, səbəb isə insulin müqaviməti ilə əlaqələndirilir. Bananın tərkibində çoxlu şəkər var, onlar qanda qlükoza səviyyəsini xeyli artırır, bu da insulin müqaviməti zamanı kontrendikedir.
Bundan əlavə, insult və ya infarkt keçirən insanlar bananla arıqlamamalıdırlar.
"Pəhriz həmçinin varikoz damarları, şişkinlik, həzm pozğunluğu və qaz əmələ gəlməsinin artması olan xəstələr üçün də əks göstərişdir" deyə ekspert vurğulayıb.