Yüksək qan təzyiqi bir çox insanın qarşılaşdığı sağlamlıq problemlərindən biridir. Düzgün qidalanma isə bu vəziyyətin idarə olunmasında mühüm rol oynayır.
Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər hipertoniya zamanı rasiona xüsusi qidaların daxil edilməsini tövsiyə edir. Bu məhsullar damarları qoruyur, təzyiqi sabitləşdirir və ümumi sağlamlığı yaxşılaşdırır.
Həkimlərin fikrincə, ilk növbədə duzun azaldılması, yağlı qidaların məhdudlaşdırılması və liflə zəngin məhsulların artırılması vacibdir. Su balansının qorunması da əsas şərtlərdən hesab olunur.
Hipertoniya üçün ən faydalı 10 qida:
- Dəniz məhsulları – krevet, kalmar və midiya damarları genişləndirir, xolesterini azaldır və təzyiqi normallaşdırır.
- Yağsız ət – toyuq, hinduşka və dovşan əti damar elastikliyini artırır.
- Zəncəfil – qan dövranını yaxşılaşdırır və damarları rahatladır.
- Limon – orqanizmdə maye balansını tənzimləyir və təzyiqi aşağı salır.
- Badam – maqneziumla zəngindir, damarları möhkəmləndirir.
- Sarımsaq – damarların genişlənməsinə kömək edir və təzyiqi azaldır.
- İtburnu – qan dövranını yaxşılaşdırır və ürəyi dəstəkləyir.
- Quru meyvələr – ürək ritmini sabitləşdirir və damarların fəaliyyətini yaxşılaşdırır.
- Qarabaşaq – damar divarlarını möhkəmləndirir və qan dövranını yaxşılaşdırır.
- Zeytun yağı – iltihabı azaldır və xolesterini aşağı salır.
Mütəxəssislər bildirir ki, yağlı ət, hisə verilmiş məhsullar, şirniyyatlar, alkoqol, güclü çay və qəhvə kimi qidalar rasiondan çıxarılmalıdır. Süd məhsulları isə az yağlı formada seçilməlidir.
Düzgün seçilmiş qidalar və balanslı həyat tərzi sayəsində hipertoniya nəzarət altına alına bilər və ümumi həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşar.






