Gecə yatarkən süd içmək həm rahatlamağa kömək edən, həm də sağlamlıq üçün bir çox fayda təmin edən bir vərdişdir. Uşaqlardan böyüklərə qədər bir çox insan yatmazdan əvvəl süd içməyin faydalarından yararlanır.
Foodinfo.az xəbər verir ki, süd tərkibindəki triptofan adlı amin turşusu sayəsində yuxu keyfiyyətini artırır. Triptofan beyində serotonin və melatonin istehsalına kömək edir ki, bu da yuxu ritmini tənzimləyir. Melatonin bədənin təbii yuxu hormonudur və daha dərin və rahat bir yuxu təmin edir.
Gecə yatmazdan əvvəl isti süd içmək bədənin rahatlamasına və stresin azalmasına kömək edir. Bu da daha asan yuxuya getməyə imkan yaradır.
Həmçinin bu ağartı zəngin qida tərkibinə malikdir. Kalsium, protein, D vitamini və B12 vitamini kimi vacib qidalarla zəngindir. Bu maddələr sümüklərin və əzələlərin güclənməsinə, immun sisteminin dəstəklənməsinə və ümumi sağlamlığın yaxşılaşmasına kömək edir.
Yatmazdan əvvəl süd içmək aclığı azaltmağa kömək edir. Süd mədə turşusunu neytrallaşdıraraq mədə yanmasını və qıcqırmasını azaldır. Bu da gecə boyunca daha rahat yatmağa yardımçı olur.
Yatarkən süd içmək maddələr mübadiləsini dəstəkləyir. Tərkibindəki protein və digər qida maddələri bədənin gecə boyunca enerji istehlakını və toxumaların bərpasını dəstəkləyir.
Eyni zamanda gecə boyunca yemək yemə arzusunu azaldır. Bu da kilo nəzarətinə kömək edir. Əlavə olaraq, sütün tərkibindəki protein əzələ kütləsinin qorunmasına və bədənin yağ yandırma qabiliyyətinə müsbət təsir göstərir.