İspanaq sağlamlıq üçün çox faydalı bir tərəvəzdir. Zəngin qida dəyəri və az kalorili olması ilə tanınır. 

Foodinfo.az xəbər verir ki,iİspanaq A, C, K vitaminləri, dəmir, kalsium və maqnezium kimi vacib vitamin və minerallarla doludur. Bu qidalar immun sistemini gücləndirir, sümükləri möhkəmləndirir və qan dövranını yaxşılaşdırır.

Həmçinin antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdəki sərbəst radikallarla mübarizə apararaq hüceyrə zədələnməsinin qarşısını alır və xərçəng riskini azaldır.

Lif baxımından da zəngin olan ispanaq həzm sistemini tənzimləyir və bağırsaq sağlamlığını dəstəkləyir.

Ürək sağlamlığı üçün də faydalı olan ispanaq yüksək qan təzyiqini tənzimləyir və ürək xəstəliklərinin riskini azaldır. 

Göz sağlamlığı üçün vacib olan lutein və zeaksantin maddələrini də ehtiva edən ispanaq sağlam qidalanma rasionunda mütləq yer almalıdır.