Tiroid vəzinin az və ya çox işləməsi nəticəsində bəzi sağlamlıq problemləri ortaya çıxa bilər.
Bu barədə Foodinfo.az-a açıqlama verən Dietoloq Günel Nuruşova bildirib ki, bu hormonun çatışmazlığı hallarında TSH səviyyəsi yüksələrək psixoloji və fizioloji problemlərə səbəb ola bilər.Tiroid bədən kütləsinə təsir edir.Dərman müalicəsindən əlavə qidalanma da çox vacibdir,lakin xəstəliyi kontrol etmək üçün diet proqramı yoxdur.Lakin doğru yeməklər sizə özünüzü daha yaxşı hiss etməyinizə səbəb olacaq,stressiniz azalacaq və xəstəliyi idarə etməyə kömək edəcək. Tiroid üçün faydalı tək bir qida olmadığı üçün,hər hansının da artıq istifadəsi pis nəticələrə səbəb ola bilər.
E vitamini ilə zəngin qidalanma yodun sorulmasını artırır. Selen mineralı da vacib rol oynayır. Yod və Selen defisiti bir yerdə olarsa xəstəliyin şiddəti daha da artır. Qırmızı ət və doymuş yağları azaldın.
Tiroiddə ən çox görülən problem ödemdir.
Həkiminizlə məsləhət edin əgər bioloji əlavələr istifadə edəcəksinizsə bu tiroidə zərər verə bilər!
Sual altında olan qidalar
Soya və kofe orqanizminizin hormon müalicəsinin təsirini azalda bilər.İstifadə edə bilərsiniz,lakin dərmanla eyni saatlarda istifadə etməməyə çalışın.
Qırmızı kələm,brokkoli,ispanaq kimi tərəvəzlərdə yod səviyyəsi yüksək olduğu üçün zəhərli zoblarda uzaq olmanızı məsləhətdir.Belə qidalar balansda saxlanmalıdır.Hər hansı bir qidadan çox istifadə etməyin.