Payız fəslinin ən ləzzətli meyvələrindən biri də nardır. Narın tərkibi kalium, dəmir, kalsium, fosfor mineralları, C, B1 və B vitaminləri ilə zəngindir. Nar nadir meyvələrdəndir ki, həm qabığı, həm dənələri ilə insan sağlamlığı üçün xeyirlidir.
Narın qabığından çay dəmlənib içilərsə, ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.
Ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə gün ərzində 1 stəkan nar şirəsi içmələri məsləhət görülür. Nar şərbəti döş ağrıları zamanı öskürək dərmanı kimi də istifadə olunur.