Bir çox növü ilə məşhur olan istiotdan ilk dəfə Hindistanda istifadə edilib. Həmin vaxtlar Hindistanda qara istiotun yeməklərə əlavə edilməsi qadağan olunub. Çünki istiotdan pul ekvivalenti və dini ayinlərdə müqəddəs bitki kimi istifadə edilirdi. Ətrinə və xörəklərə qatdığı dada görə dünya kulinariyasında geniş istifadə olunan qara istiotun müalicəvi əhəmiyyəti də vardır.
Qara istiot dad reseptorlarını qıcıqlandıraraq iştahı və həzmi yaxşılaşdırır, qida qəbulundan sonra ağırlıq hissini aradan qaldırır. Tədqiqatlar göstərir ki, istiot ürək-damar sisteminə yaxşı təsir göstərir, qanı duruldur, trombun yaranmasının qarşısını alır. Normadan artıq qəbul edildikdə isə əsəb və həzm sistemində qıcıqlanmalara, mədə yanmasına səbəb olur.