Digər dövrlərə nisbətən daha az günəş işığından faydalandığımız, günlərin qısaldığı, havaların daha soyuq olduğu bu dövrdə mütəxəssislər özlərini daha yaxşı hiss etmək istəyənlərin qidalanmalarına da diqqət etmələri lazım olduğunu bildirirlər.

Sağlıqlı yemək qış aylarında psixi sağlamlığı dəstəkləmək üçün çox vacibdir.

Foodinfo.az bu soyuq aylarda istehlak edilə biləcək 4 faydalı qidanı təqdim edir:

BALIQ

Somon, sardina və skumbriya kimi yağlı balıqlar D vitamini ilə yanaşı qidalı omeqa-3 yağ turşuları ilədə zəngin qidalar arasındadır. Yay aylarında günəşə çox məruz qaldığı üçün orqanizm D vitaminini saxlayır, qışda isə onu yandırır. Ancaq bu, bütün qış üçün kifayət etməyə bilər. D vitamini sümük sağlamlığını, hüceyrə böyüməsini və immunitet sistemini dəstəkləyir. Buna görə, D vitamini ilə zəngin qidaların istehlakı günəşdən uzaq durmaqla yaranan boşluğu doldurmağa kömək edə və ruh sağlamlığını dəstəkləyə bilər.

YULAF 

Yulaf qan şəkərini tarazlayan və əhval dəyişikliyinin qarşısını alan yüksək lif tərkibinə malikdir. Bundan əlavə, yulafın tərkibində ümumi beyin sağlamlığını dəstəkləyən sink və bədənə enerji verən qlükoza var. Həmçinin serotonin istehsal edən triptofanın sərbəst buraxılmasını dəstəkləyərək narahatlıq və depressiya əlamətlərini azaldır. Triptofan serotonin sintezində iştirak edən vacib bir amin turşusudur. 

MEYVƏ 

Vitaminlər, lif və antioksidantlarla zəngin olan meyvələr qışın kədərli buludlarını dağıtmağa kömək edə bilər. Bilişsel qabiliyyətləri inkişaf etdirdiyi bilinən yaban mersini və çiyələk kimi meyvələrin də C vitamini vasitəsilə stresslə mübarizədə əhəmiyyətli rol oynadığı məlumdur. 

KƏTAN TOXUMU 

Kətan toxumları bədəndə dopamin və serotoninin artmasına kömək edən əhəmiyyətli omeqa-3 qaynağıdır. Əhval və ruh sağlamlığını dəstəkləməsi ilə yanaşı, zülal və lif də daxil olmaqla bir çox qida ehtiva edir.