
Su həyat üçün vacibdir, amma çox insan gündəlik su istehlakını lazımi səviyyədə saxlamır. Foodinfo.az bildirir ki, kifayət qədər su içmək orqanizm üçün bir çox fayda təmin edir. Su hüceyrələrin düzgün işləməsi üçün əvəzsizdir və bədənin temperaturunun tənzimlənməsinə kömək edir.
Eyni zamanda, böyrəklər və qaraciyər kimi orqanların işini dəstəkləyir. Yeterli su qəbul etmək qan dövranını yaxşılaşdırır, toksinlərin atılmasına kömək edir və həzm sisteminin düzgün işləməsini təmin edir. Su bədənin elastikliyini qoruyur, dərini nəm saxlayır və yaşlanma prosesini yavaşladır.
Həmçinin, suyun beynə də müsbət təsiri vardır, yəni yüngül susuzluq belə diqqət əskikliyinə və yorğunluğa səbəb ola bilər. Gün ərzində kifayət qədər su içmək enerjini artırır və idrak bacarıqlarını yaxşılaşdırır. Su eyni zamanda, idman zamanı bədənin daha yaxşı işləməsi üçün də vacibdir.