Yuxusuzluq günümüzün ən geniş yayılmış problemlərindən biridir. Foodinfo.az bildirir ki, düzgün qidalanma yuxu keyfiyyətini yaxşılaşdırmağa kömək edə bilər. Bəzi qidalar təbii olaraq yuxu gətirən təsirə malikdir. Məsələn, çəkildə bal, melatonin istehsalını artıraraq yuxu prosesini asanlaşdırır.

Yulaf və banan da təbii olaraq sinir sistemini sakitləşdirir və rahat yuxu üçün şərait yaradır. Bütün növ dənli bitkilər, xüsusən də qarabaşaq yarması, yuxu problemlərinin həllində faydalıdır. Gecə yatmadan əvvəl içilən melisa çayı həm də stressi azaldır və yuxuya getməyi asanlaşdırır.

Bəzi tədqiqatlar göstərib ki, kivi meyvəsi də yuxu keyfiyyətini artırmağa kömək edir, çünki içərisindəki antioksidantlar və vitaminlər sinir sistemini tənzimləyir. Həmçinin, balıq, xüsusilə somon, omega-3 yağ turşuları ilə zəngin olduğu üçün bədənin rahat yuxu prosesinə girməsini təmin edir. Yuxusuzluq problemi yaşayan şəxslərin axşam saatlarında bu qidalara üstünlük vermələri təklif olunur.