Dünya Bankının yeni proqnozuna görə, bu il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı 2,5% artacaq.
Bu barədə Foodinfo.az Dünya Bankının region üzrə dərc olunmuş yeni hesabatına istinadən xəbər verir.
Hesabata görə, 2022-2023-cü illərdə sözügedən sektorda istehsal artımı eyni səviyyədə – 3,2% olacaq.
Qeyd edək ki, 2020-ci ildə ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı 2%, 2019-cu ildə isə 7,2% artıb.