Gələn il Azərbaycanda kəsimiş çəkidə 335,7 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 2,94% çoxdur.
Bu barədə 2019-cu il büdcə zərfində deyilir.
Məlumata görə, 2020-ci ildə 346,6 min ton, 2021-ci ildə 358,8 min ton, 2022-ci ildə 369,3 min ton ət istehsal olunacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən ölkədə 326,1 min ton əti istehsal olacağı ehtimal olunur.
Belə ki, 2019-cu ildə ölkədə 139,6 min ton mal əti istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 3,41% çoxdur. 2020-ci ildə 145,6 min ton, 2021-ci ildə 152,5 min ton, 2022-ci ildə 157 min ton mal əti istehsal olunacağı gözlənilir.
Xatırladaq ki, 2018-ci il proqnozuna əsasən ölkədə 135 min ton mal əti istehsal olacağı ehtimal olunur.
2019-cu ildə ölkədə 80,6 min ton qoyun əti istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 1,64% çoxdur. 2020-ci ildə 81,9 min ton, 2021-ci ildə 83,2 min ton, 2022-ci ildə 84,6 min ton qoyun əti istehsal olunacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən ölkədə 79,3 min ton qoyun əti istehsal olacağı ehtimal olunur.
Gələn il Azərbaycanda 114,9 min ton quş əti istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci il proqnozu ilə müqayisədə 3,23% çoxdur. 2020-ci ildə 118,6 min ton, 2021-ci ildə 122,5 min ton, 2022-ci ildə 127,3 min ton quş əti istehsal olunacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən ölkədə 111,3 min ton quş əti istehsal olacağı ehtimal olunur. (Report)