Balıq yağı orqanizmin kənardan qəbul etməli olduğu iki əsas yağ turşusunun (EPA və DHA-nın(Omeqa-3)) ən mühüm qaynağıdır. Mütəxəssislər gün ərzində maksimum 3 qram balıq yağı yeməyi tövsiyə edirlər.
Kifayət qədər balıq yağı qəbul etmək orqanizmin mövsümü allergiyalarla mübarizə aparmasına yardımçı olur. Eyni zamanda balıq yağı enerji verir, beyni, sümükləri gücləndirir, ürək xəstəlikləri riskini azaldır, gözlərin görmə qabiliyyətini qüvvətləndirir.
Körpələr ana südü və hazır qidalar vasitəsilə Omeqa-3 qəbul etdikləri üçün onlara həkim tövsiyəsi olmadığı təqdirdə balıq yağı verilməməlidir. Həkimlər balıq yağının ac qarına və tək şəkildə deyil, digər qida məhsulları ilə birgə qəbul olunmasını tövsiyə edirlər.