İsveçdə iyrənc yeməklər muzeyi açılacaq.
Açılış oktyabrın sonunda Malmö şəhərində olacaq.
Ziyarətçilər muzeydə İslandiya yeməyi olan haukarl (akulanın iylənmiş əti), Asiyada yetişən və pis qoxusu ilə tanınan durian, habelə digər yemək növlərini görə biləcəklər.
Bildirilir ki, eksponatların əksəriyyəti qoxunun yayılmasına imkan verməyən xüsusi qablarda olacaq. (Oxu.az)