Şirkət Vergilər Nazirliyinə qalib gəlib
“Budad Food Company” MMC Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentini məhkəməyə verib.
Foodinfo.az xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən məşhur şirkət cərimə qərarının ləğv edilməsi barədə iddia qaldırıb. Məhkəmə iddianı təmin edib.
Məhkəmə qərarından narazı qalan Bakı şəhəri Lokal Gəlirlər Departamenti apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, “Budad Food Company” MMC spirtsiz içkilərin istehsalı ilə məşğuldur.
Pünhan Əliyev/Foodinfo.az