Şiriniyyat orqanizmdə “xoşbəxtlik hormonu” adlandırılan serotoninin ifrazını təmin etməklə yanaşı bir sıra fəsadlara da yol aça bilir. Mütəxəssislər şiriniyyatın tərkibində olan qlükozanın insan ömrünü 25 faizə qədər azaltdığını bildirirlər.
Tərkibində çox miqdarda karbohidrat olduğu üçün şiriniyyatdan həddindən artıq istifadə olunması hamilə qadınlara tövsiyə olunmur. Çünki karbohidratın çoxluğu yeni doğulan uşaqlarda allergik reaksiyalar və sinir sistemi xəstəliklərinin yaranma riskini artıra bilər.
Həddindən artıq şiriniyyat qəbulu mədəaltı vəzini daha çox işləməyə vadar edir və bu da bağırsaqlarda bədxassəli şişlərin yaranması riskini artırır.