Qastroenteroloq Daria Boqomolova omeqa-3 qrupunun doymamış yağ turşularının orqanizm üçün əhəmiyyətindən danışıb.

Foodinfo.az xəbər verir ki, bu barə ekspert “İzvestiya” qəzetinə müsahibəsində bildirib. Qeyd edib ki,  “Omeqa-3 turşularının müxtəlif növləri var ki, onlardan üçü sağlamlıq üçün ən vacibdir. Mütəxəssisin sözlərinə görə, insan orqanizmi bu maddələri lazımi miqdarda istehsal etmir və qida ilə kompensasiya edir.

Qastroenteroloq əlavə edib ki, tərkibində omeqa-3 olan qidalar ürək-damar xəstəliklərinin inkişafının qarşısını alır, qan təzyiqini normallaşdırır, qan laxtalarının əmələ gəlməsini, aritmiya riskini azaldır və iltihab əleyhinə təsir göstərir.