Mətbəxdə ən çox istifadə olunan əşyalardan biri qab yuma süngəridir. Lakin alimlər onun evdəki ən çirkli əşyalardan biri ola biləcəyini bildirirlər.

Foodinfo.az “CNN Health”ə istinadla xəbər verir ki, mikrobioloq Jason Tetro nəm mühitin bakteriyaların çoxalması üçün ideal şərait yaratdığını açıqlayıb. Onun sözlərinə görə, qab süngərlərində milyonlarla bakteriya toplana bilər.

Ekspert bildirib ki, xüsusilə süngərin uzun müddət dəyişdirilməməsi risk yaradır. Yemək qalıqları və rütubət bakteriyaların sürətlə artmasına səbəb olur.

Jason Tetro qeyd edib ki, süngərlərin mütəmadi dezinfeksiya edilməsi vacibdir. Onun sözlərinə görə, isti su və tam qurudulma bakteriya miqdarını azaltmağa kömək edir.

Mütəxəssis əlavə edib ki, qab süngəri çox köhnəlibsə, onu istifadə etməyə davam etmək düzgün deyil. Belə hallarda yenisi ilə əvəz olunması tövsiyə edilir.

Araşdırmalara görə, mətbəx gigiyenasına diqqət etmək qida zəhərlənməsi riskini əhəmiyyətli dərəcədə azalda bilər.