Gilas saplaqlarından hazırlanan çay ənənəvi olaraq sağlamlıq faydaları ilə tanınan bir içkidir. Gilas saplaqları antioksidantlar, vitaminlər və minerallarla zəngindir və qədimdən bəri təbii müalicə vasitəsi kimi istifadə olunub.

Foodinfo.az gilas saplaqlarından hazırlanan çayın faydalarını təqdim edir:

1. Sidikqovucu təsir

Gilas saplaqları bədəndən artıq mayenin çıxarılmasına kömək edən təbii sidikqovucu xüsusiyyətlərə malikdir. Bu, böyrək və sidik yollarının sağlamlığı üçün faydalıdır və ödemi (şişkinlik) azaltmağa kömək edir.

2. Detoksifikasiya

Bu çay bədəni toksinlərdən təmizləyərək qaraciyərin funksiyasını dəstəkləyir və orqanizmin təmizlənməsinə kömək edir.

3. Antiinflamatuar təsir

Gilas saplaqlarında olan antioksidantlar və iltihab əleyhinə maddələr bədəndəki iltihabı azaldır. Bu da oynaq ağrıları və artrit kimi problemlərə qarşı müsbət təsir göstərir.

4. Kilo vermə

Təbii sidikqovucu xüsusiyyətlər və metabolizmi sürətləndirən tərkibi sayəsində gilasa saplaqları kilo verməyə dəstək olur. Bu çay bədəndən artıq mayenin çıxarılmasını stimullaşdırır və şişkinliyi azaldır.

5. Mədə və bağırsaq sağlamlığı

Bu saplaqlardan hazırlanan çay həzmi yaxşılaşdırmağa kömək edir və mədə-bağırsaq problemlərinə qarşı faydalıdır.