ABŞ alimləri xəbərdarlıq ediblər ki, plastikdən istifadə 2-ci tip şəkərli diabet riskini artırır.
Foodinfo.az-ın məllumatına görə, lent.az xəbər verir ki, ABŞ-da aparılan bir araşdırma zamanı plastik istehsalında istifadə olunan BPA kimyəvi maddəsinin insanlarda insulin müqavimətini artırdığı müəyyən olunub.
Ohayoda aparılan laboratoriya tədqiqatının bir hissəsi olaraq, insanlara ABŞ Ətraf Mühit Agentliyi tərəfindən "təhlükəsiz miqdar" olaraq təyin olunan nisbətdə BPA verilib.
Hər kiloqram bədən çəkisinə 50 mikroqram BPA verilən insanlarda cəmi dörd gün ərzində insulin müqavimətinin artdığı müşahidə olunub.
Beləliklə butulkalarda BPA tərkibli mikroplastiklərin insan orqanizminə daxil olaraq insulin mübadiləsini pozduğu bildirilir.