Son illər ürək-damar xəstəliklərinin artması sağlam qidalanmanın vacibliyini gündəmə gətirib. Foodinfo.az xəbər verir ki, bəzi təbii məhsullar təzyiqin normallaşmasında və ürək sağlamlığında mühüm rol oynayır.

Ən önəmlisi nardır. Onun tərkibindəki antioksidantlar damar elastikliyini qoruyur. Ispanaq isə kalium və maqneziumla zəngin olduğu üçün təzyiqi aşağı salır. Balıq, xüsusilə somon və skumbriya, Omega-3 yağ turşuları ilə ürəyi qoruyur.

Qara şokolad flavonoid tərkibi ilə qan dövranını yaxşılaşdırır. Avokado kalium və sağlam yağlarla təzyiqin tənzimlənməsinə dəstək olur. Çobanyastığı çayı isə sinir sistemini sakitləşdirib, təzyiqi balanslaşdırır.