
Kif göbələkləri təbiətdə geniş yayılmış mikroorqanizmlərdir və bəzi hallarda qidalarda ciddi təhlükələr yarada bilirlər.
Foodinfo.az xəbər verir ki, bəzi kiflər zəhərli maddələr — mikotoksinlər — ifraz edərək orqanizmdə zəhərlənmə, allergiya və uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər. Ona görə də bəzi qidalar kifləndikdə heç bir halda təmizlənib yenidən istifadə olunmamalıdır.
- Çiyələk, pomidor, şaftalı, ərik, xiyar kimi su və lif tərkibi yüksək olan qidalar kifləndikdə dərhal tullanmalıdır. Kif yalnız səthdə deyil, dərin toxumalara qədər yayılır, gözlə görünməyən zəhərli liflər qidanın içinə də nüfuz edə bilir.
- Çörəyin səthində ağ, yaşıl və ya qara ləkələr şəklində kif əmələ gəlirsə, onu sadəcə zədələnmiş hissəsini atmaq kifayət deyil, bütün çörək yoluxmuş sayılır. Çünki sporlar çox tez yayılır və çörəyin içində gözlə görünməyən formada çoxalmış olur.
- Krem pendir, kəsmiklər kifləndikdə tamamilə atılmalıdır. Onların içində kif sürətlə yayılır və sağlamlıq üçün təhlükə yaradır.
- Bişmiş yeməklərin üzərində kif əmələ gəlibsə, onların tərkibindəki su, yağ və zülal kifin yayılmasını asanlaşdırır. Bu səbəblə, belə qidaların yalnız üst hissəsini atmaqla onları "xilas etmək" olmaz, hamısı tullanmalıdır.
- Çoxları düşünür ki, şəkərli olduğu üçün bu məhsullarda kif dərinliyə keçə bilməz. Əslində isə nəm və şəkər kif üçün ideal mühitdir. Üstəlik, mikrobioloji zəhərlənməyə səbəb ola biləcək botulin toksinləri də burada inkişaf edə bilər.
- Səthində kif izi olan qoz, badam və digər çərəzlərdə aflatoksin adlanan çox zəhərli maddə ola bilər. Bu toksinlər uzun müddətli istifadə zamanı qaraciyər xərçəngi riskini artırır.
Şübhə varsa, “atmaq, risk etməkdən daha yaxşıdır” prinsipinə əməl edin.
Qidaları quru, sərin və hava keçirməyən şəraitdə saxlayın.
Qida məhsullarında rəng, qoxu və toxumada dəyişiklik varsa, onu istehlak etməyin.