Sağlam qidalanma bəzən büdcəyə ağır təsir edə bilər, lakin dietoloq Roman Pristanski bu məsələyə qənaətcil və gözlənilməz həll yolu təklif edib. Foodinfo.az xəbər verir ki, mütəxəssis bahalı ət məhsullarına alternativ olaraq kalmarı tövsiyə edib.
Pristanski qeyd edib ki, kalmar mal ətindən bir qədər ucuz başa gəlir, amma tərkibindəki zülal miqdarı daha yüksəkdir. Onun sözlərinə görə, belə məhsullar rasionu həm daha müxtəlif, həm də daha balanslı etmək üçün ideal seçimdir.
Ekspert əlavə edib ki, qidaları “zərərlidir” və ya “faydalıdır” kimi radikal şəkildə bölmək düzgün deyil. Orqanizm hər halda qəbul etdiyi qidaları lazımi elementlərə çevirir. Ona görə də sağlam qidalanma üçün sərt qadağalar yox, şüurlu balans və müxtəliflik önəmlidir.
Pristanski vurğulayıb ki, rasionda ət məhsullarını dəyişmək müxtəlif amin turşularını təmin edir və bədən yeni strukturlar qurmağa başlayır, nəticədə insan özünü daha yaxşı hiss edir.
Dietoloq bildirib ki, sağlamlıq açarı həm büdcəni, həm də kulinariya ənənələrini nəzərə alan elastik yanaşmadadır. Kalmar kimi məhsullar isə həm qənaətcil, həm də proteinlə zəngin alternativ olaraq bu prinsipləri təmin edir.






