Orqanizmin müdafiə sistemini gücləndirmək üçün bəzi yerli qidalar xüsusilə faydalıdır. Foodinfo.az xəbər verir ki, mütəxəssislər bal və arı südünün immunitet üçün əvəzsiz olduğunu bildirir.

Digər möcüzəvi məhsul nardır. Nar immun hüceyrələrinin fəaliyyətini gücləndirir və bədəni viruslardan qoruyur. Qoz və fındıq isə E vitamini və faydalı yağlarla zəngindir.

Son olaraq, qara zirə yağı bədənin müdafiə gücünü artıran və iltihab əleyhinə təsir göstərən ən təsirli məhsullardan biridir. Mütəxəssislər bu məhsulları gündəlik qidalanmaya daxil etməyi tövsiyə edir.