Foodinfo.azQida allergiyası niyə bu qədər geniş yayılıb?
Qida allergiyası niyə bu qədər geniş yayılıb?
5 Dekabr, 14:58
Dünyanın hər yerində uşaqların qidalara qarşı allergiyası indi heç vaxt görünmədiyi qədər çoxdur.
Biri küncüt, digəri yer fıstığı yedikdən sonra, həyatını itirən iki britaniyalı yeniyetmə allergiya ilə bağlı narahatlıqları daha da artırıb.
Avqust ayında isə Qərbi Avstraliyada altı yaşlı bir qız süd məhsullarına qarşı allergiyası səbəbi ilə ölüb.
Son illərdə allergiya artımı daha çox Qərb ölkələrində qeydə alınır. Məsələn, hazırda qida allergiyasından əziyyət çəkən uşaqların sayı Birləşmiş Krallıqda (BK) 7%, Avstraliyada 9% təşkil edir. Avropa boyu qida allergiyasına sahib olan yetkinlər üzrə göstərici isə 2 faizdir.
Allergiyaya səbəb olan qidanın bir damcısı belə həyat üçün təhlükəli reaksiyalara səbəb olur. Bu isə ailələrin qorxu və təşvişinə yol açır. Pəhriz məhdudiyyətlərinə əməl etmək insanların həm sosial, həm də ailə həyatına təsirsiz ötüşmür.
Allergiya göstəricilərinin artmasına nəyin səbəb olduğunu dəqiq deyə bilməsək də, dünyanın hər bir tərəfindən tədqiqatçılar bu fenomenlə mübarizə yolunda gərgin işləyirlər.
Allergiyaya nə səbəb olur?
Allergiya immun sisteminin ətraf mühitdə zərərsiz sayılan allergen adlı maddələr ilə mübarizəsi zamanı yaranır.
Bu günahsız maddələr hədəfə çevrilirlər və allergik reaksiyalara səbəb olurlar.
Simptomlara dərinin qızarması, qabarması və şişkinlikdən tutmuş qusma, ishal, çətinliklə nəfəsalma və anafilaktik şoka qədər bir çox əks-təsirlərlə daxildir.
Uşaqların allergik olduğu bəzi qidalara aşağıdakılardır:
Süd
Yumurta
Yer fıstığı
Ağac ləpələri (qoz, badam, şam qozu, Braziliya qozu, pekan qozu)
Küncüd
Balıq
Qabıqlı dəniz canlıları (xərçəngkimilər və mollusklar)
Qida allergiyaları daha çox harada qeydə alınır?
Ötən 30 il ərzində qida allergiyalarının tezliyi daha da artıb. Xüsusilə də sənayeləşmiş cəmiyyətlərdə. Artımın dəqiq ölçüsü isə qida və xəstənin yaşadığı yerdən asılıdır.
Məsələn, 1995 və 2016-cı il aralığında BK-da yer fıstığına qarşı allergik olanların sayı beş dəfə artıb.
Londonun King's Kollecində 1300 üç yaşlı uşaq arasında aparılan EAT Araşdırması göstərib ki, iştirakçılardan 2.5 faizində yer fıstığına qarşı allergiya var.
Qida allergiyasının təsdiqlənmiş şəkildə ən yüksək olduğu ölkə Avstraliyadır. Bir tədqiqatda, 1 yaşlı uşaqların doqquz faizinin yumurtaya, üç faizinin yer fıstığına allergiyası müəyyənləşib.
Allergiyaların artımı yalnız cəmiyyətin onlar haqqında məlumatlanması və daha səlis diaqnoz qoymaq bacarığına təsiri ilə ölçülməməlidir.
Allergiyalar və qidalara qarşı həssaslığın yüksəlməsinin mühit və Qərb həyat tərzi ilə bağlı olduğu düşünülür.
Allergiya göstəricilərinin inkişaf edən ölkələrdə daha aşağı olduğunu bilirik. Həmçinin bənzəri hallarla daha çox şəhərlərdə qarşılaşırıq, nəinki kəndlər və ya ucqar ərazilərdə.
Faktorlar arasında çirklənmə, pəhriz vərdişlərinin dəyişməsi və immun sisteminin cavab reaksiyasını dəyişən mikroblara daha az məruz qalma göstərilir.
Miqrantların immun sistemlərinin doğulub-böyüdükləri ölkədən daha çox pənah apardıqları ölkədə astma və qida allergiyasına qarşı həssas olduğu deyilir. Bu isə mühit ilə bağlı faktorların əhəmiyyətini göstərir.
Bəzi mümkün izahlar
Dünyanın qidalara qarşı artan allergiyasının arxasında yatan səbəbin yeganə izahı yoxdur, lakin elm bəzi nəzəriyyələr irəli sürür.
Onlardan biri artan gigiyenadır ki, uşaqlar yetəri qədər infeksiyaya yoluxmurlar.
İnfeksiyalar zamanı - xüsusilə də parazitar infeksiyalar - allergiya ilə mübarizədə iştirak edən mexanizmlər hərəkətə keçir. Mübarizə aparmaq üçün kifayət qədər parazitlə qarşılaşmayan immunitet sistemi üzünü zərərsiz maddələrlə qovğaya tutur.
Başqa bir ideya isə immun sisteminin sağlam cavab reaksiyasını inkişaf etdirməsi üçün vitamin D-dən istifadədir. Bu zaman orqanizm allergiyalara daha az şübhə ilə yanaşa bilər.
Dünya sakinlərinin əksəriyyəti kifayət qədər D vitamini qəbul etmir. Bunun müxtəlif səbəbləri olar bilər və onlardan biri də günəşdə az vaxt keçirməkdir. ABŞ-da ötən on il ərzində vitamin D çatışmazlığının iki dəfə artdığı deyilir.
"İkiqat allergenə məruz qalma" kimi bilinən yeni bir nəzəriyyə isə təklif edir ki, qida allergiyasının inkişafına səbəb zaman, doza və məruz qalmanın əsası arasındakı balansdır.
Misal üçün, allergiya antikorlarının inkişafı dəridə, xüsusilə də dərisi ekzemadan yaranan şişdən əziyyət çəkən körpələrdə baş verə bilər.
Lakin zənn edilir ki, süddən kəsən əsnada körpəyə allergiya yaradan qidalar vermək sağlam reaksiya və allergiyanın qarşısını almağa səbəb olar bilər. Çünki bu zaman bağırsağın immun sistemi qida kimi orqanizmə daxil olan bakteriya və xarici maddələrə qarşı daha dözümlü olur.
Londonun King's Kollecinin LEAP adlı tədqiqatının əsasını da bu son nəzəriyyə təşkil edib. Nəticədə doğulduğu ildən bəri yer fıstığı qəbul edən beş yaşlı uşaqların 8 faizində yer fıstığına qarşı allergiyanın azlığı müşahidə olunub.
Bu tədqiqat ABŞ-da uşaqlıqdan yer fıstığının qəbulu ilə bağlı qaydalarda dəyişikliyə təkan verib. BK-da valideynlərin əvvəlcə həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur.
İnsan təsiri
Qida allergiyasından əziyyət çəkən britaniyalı yeniyetmələrin ölümü hadisələri bu vəziyyətə insan təsiri üzərinə işıq salır və aydın və dəqiq etiket məlumatlarının əhəmiyyətini önə çəkir.
Qida allergiyasının hazırda bir əlacı yoxdur və vəziyyəti idarə etmək üçün törədici qidalardan uzaq durmaq və fövqəladə halları nəzərdə tutaraq müalicə planı cızmaq məsləhətlidir.
Lakin ilkin diaqnoz qoymaq belə çətindir. Pasient üçün qida allergiyasını müəyyənləşdirməyin əsas yolu həmin qidanı tibbi nəzarət altında yemək və tədricən miqdarını artırmaqdır.
Ancaq bu uşaqlar üçün gərgin proses ola bilər və allergik reaksiya riski törədər. Onların immun sistemləri üzərində aparılan testlər də allergik olmayan uşaqlar üçün yanlış diaqnoz təhlükəsi yaradar.
Londonun King's Kollecində biz, bir alternativ variant inkişaf etdirmişik.
Mövcud olan metodlarla müqayisədə, yer fıstığı allergiyasının dəqiq diaqnozunu bir qan analizi ilə müəyyənləşdirmək mümkündür.
Bu analizlər artıq uşaq allergiyalarını törədən qidaların 90 faizini üzə çıxara bilir və ümid edilir ki, gələn bir neçə il ərzində pasiyentlərə təqdim olunacaq.
Hətta uğurlu diaqnozdan sonra belə, allergiyaya səbəb olan qidalardan qaçmaq çox çətindir və təsadüfi reaksiyalar ümumi haldır.
Allergen immunoterapiyası - maddənin kiçik miqdarda tətbiqi - allergik pasientlərdə həssaslığın azalmasına səbəb olub və onları həmin qidaların təsadüfi qəbulu zamanı müdafiə edə bilər.
Bu yaxınlarda aparılan immunoterapiya dərman sınağı, yer fıstığına qarşı allergiyası olan insanların 67 faizinin bir ildən sonra, 2 yer fıstığı ləpəsi yeyə bildiyini göstərib. Bu, kontrol edilən qrupdakı 4 faiz şəxslə müqayisədə qeydə alınıb.
Qida allergiyası üçün hələ araşdırma səviyyəsində olan başqa müalicələr də mövcuddur və bunlara ehtiyac son dərəcə böyükdür.
Hələliksə allergiyalar uşaqlar və onların valideynləri üçün narahatlıq mənbəyi və gündəlik həyatlarının bir hissəsi olmaqda davam edir.
Mənbə: BBC