İnsan orqanizminin 60-70 faizini su təşkil edir. Su həyat üçün vacib olsa da, eyni zamanda dünyada bir çox xəstəliklərin əsas səbəblərindəndir.
Belə ki, qaynadıqdan sonra suyun tərkibi dəyişir, zərərli maddələr buxarlanır və su içmək üçün təhlükəsiz olur. Ancaq su uzun müddət qaynadıqda və ya təkrarən isidildikdə onun tərkibindəki kimyəvi maddələr buxarlanmaq əvəzinə yenidən yığılmağa başlayır və nəticədə ərp yaranır. Ərp suyun qızdırılması və qaynadılması zamanı su buxarlandığı üçün qabın divarlarında yaranan kalium və maqnezium duzlarıdır və insan orqanizminə daxil olaraq böyrəklərdə yığılır.
Düzgün istifadə edilmədiyi halda suyun belə orqanizmə zərər verə biləcəyini unutmayın!