Balığı alarkən və ya istifadə edərkən onun keyfiyyətinə, saxlanma şəraitinə və müddətinə xüsusi fikir verilməlidir.
Təzə balığın dərisinin səthi təmiz, sərt və parlaq, az miqdarda şəffaf selik ilə örtülü, eyni zamanda pulcuqları hamar və parlaq, dərisi isə ətinə möhkəm yapışmış olur, quyruğu sallanmır.
Bayat balığın əti yumuşaq təbəqəyə malik olur. Təzə balığa barmaqla əl vurduqda ət əvvəlki vəziyyətini yenidən alır, bayat balıqda isə barmaq izi qalır. Bu üsul balığın təzəliyini yoxlamaq üçün ən asan yoldur. Eyni zamanda balığın üzərinə əl gəzdirdikdə pullar ələ gələrək tökülmürsə, deməli o təzədir