Cəlilabadda un alındı, içindən heyvan sümüyü çıxdı.

Vətəndaşlardan biri Cəlilabad rayonunda “Fatoğlu” şirkətinin istehsalı olan un alıb. Unu digər qaba boşaldarkən isə içindən aheyvan sümüyü çıxdığını aşkarlayıb. Həmçinin vətəndaş iddia edir ki, unun içinə üyüdülmüş heyvan sümüyü də qatılır ki, sümüyün unun içindən çıxması da bu kaftı təsdiqləyir. “Fatoğlu” şirkəti isə gün ərzində zənglərimizi cavablamayıb. Məsələ ilə bağlı  açıqlama verən Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdir müavini- ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva bildirib ki, məsələ artıq mediadan götürülüb, vətəndaş şikayəti qəbul edilib hazırda fakt araşdırılır:
Aysel Fərziyeva
Aysel Fərziyeva
“Məlumat agentlik tərəfindən mediadan götürülüb və araşdırmalara başlanıb. Araşdırmaların nəticələrilə bağlı ictimaiyyətə məlumat veriləcək”. (Bizimyol)