Yüksək qan şəkəri səviyyəsi yalnız diabetin əlaməti deyil, həm də həyat boyu xroniki xəstəliklə yaşamaq riskini də gətirir. 

Mədəaltı vəzi tərəfindən ifraz olunan insulin qan şəkərinin tənzimlənməsindən məsul olsa da, bu mexanizmdəki balanssızlıqlar bu dəyərlərin təhlükəli şəkildə yüksəlməsinə səbəb olur.

Əslində belə riskli bir xəstəliyə qarşı alınması lazım olan çox sadə ehtiyat tədbirləri var. Sağlam qidalanma bu siyahının başında gəlir. 

 Foodinfo.az xəbər verir ki, tədqiqatlar göstərib ki, sarıkökü yeməkdən əvvəl istehlak etmək tərkibindəki "kurkumin" adlı birləşmə sayəsində qan şəkəri səviyyəsinin artımını azalda bilər. Üstəlik, bu azalma nisbəti istehlakdan bir saat sonra özünü göstərir.

"Postprandial qlükoza konsentrasiyalarının" (yeməkdən sonra meydana gələn şəkər) sarıkök istehlakı ilə dəyişdiyi aşkar edilmişdir. 

Mütəxəssislər bildirirlər ki, sarıkökün udulması qara bibərlə birlikdə istehlak edildikdə daha da yüksəlir. Qara bibər sarıkökdə olan kurkuminin qanda sorulmasını 3000% artırır.

Şəkərli diabet qanda şəkərin düzgün səviyyəsini saxlamaq üçün “pəhriz rejiminin” dəyişdirilməsini tələb edən xəstəliklərdən biridir. Bu nöqtədə hansı qidaların qan şəkəri səviyyəsinə və necə təsir etdiyini bilmək vacibdir. 

Pəhrizinizə meyvə və tərəvəzlə zəngin qidalar, eləcə də kifayət qədər protein qaynaqları daxil edin və yeməklərinizi mümkün qədər çox çeşidlə yeyin.

Mütəxəssislər bu nöqtədə qidalanma sistemini tətbiq edərkən mütləq həkiminizin qərar verməsi və hər kəsin orqanizmində baş verən dəyişikliklərin mütəxəssis tərəfindən yoxlanılması lazım olduğu barədə xəbərdarlıq edir.

TİP 2 ŞƏKƏR DİABETİNİN ƏLAMƏTLƏRİ

Qan şəkəri səviyyələrindəki dəyişikliklər gec aşkarlanması səbəbindən asanlıqla irəliləyə bilər. Bu səbəbdən bu əlamətlərə qarşı diqqətli olmaqda fayda var:

Gecə tez-tez sidiyə çıxma

Daim susuzluq hissi

Çox yorğun hiss etmək

Ani kilo itkisi

Genital bölgədə qaşınma və ya sızanaq

Bulanıq görmə

Sağalması uzun zaman alan yaralar

Əgər sizdə bu əlamətlər varsa, mütəxəssislər mütləq həkimə müraciət etməyiniz barədə xəbərdarlıq edirlər.