Arıqlamaq çətin proses görünsə də, bəzi qidaların istehlakı yağların yandırılmasında faktiki olaraq təsirli olur. Bu dərman toxumu sayəsində arzuolunmaz çəkidən daha tez xilas olaca bilərsiniz. Bu yağların yandırılmasını asanlaşdırmaqla yanaşı, pis xolesterinin qarşısını da almaqda faydalıdır.

 Foodinfo.az tez və asanlıqla arıqlamağınıza kömək edən o şəfalı toxumu təqdim edir.

Qara zirə qidaları bəzəməklə yanaşı, sağlamlığa faydaları ilə də diqqət çəkir. 

İki fincan qatığa bir çay qaşığı üyüdülmüş qara zirə əlavə edib gün ərzində istehlak etmək piylərin yandırılmasına kömək edir. Qara zirə və qatıq qarışığının istehlakı iştahı yatırmağa kömək edir və həddindən artıq yeməyin qarşısını alaraq sağlam arıqlamağa kömək edir. Qara zirə və qatıq qarışığının səhərlər ac qarına və yatmazdan əvvəl yeyilməsi yağ yandırma təsirini daha da artırır və həzmi asanlaşdırır. Bu qarışığı mütəmadi olaraq qəbul etsəniz, 15 gün ərzində yağlardan sürətlə qurtulmuş olarsınız.

Qara zirənin tərkibindəki antioksidantlar toksinləri bədəndən uzaqlaşdıraraq arıqlamağa kömək edir. Qatığın tərkibindəki kalsium yağların yandırılmasını sürətləndirir və arıqlama prosesini tezləşdirir. 

Qatıqda kalium, yod, sink, fosfor, A, B və E vitaminləri var. Qatıq yüksək miqdarda protein ehtiva edir. Bu sayədə uzun müddət toxluq hissi yaradır və çəkinin sağlam şəkildə idarə olunmasına kömək edir. Bədən əzələlərini dəstəkləyir. Hipertoniya və ürək-damar xəstəliklərindən qoruyur. Həzm sistemi və bağırsaq florası üçün çox faydalıdır.

Qatıq tərkibindəkiləri sayəsində qanda xolesterinin səviyyəsini azaltmağa kömək edir, beləliklə də yüksək xolesterin və yüksək təzyiqdən qoruyur. Tərkibindəki probiyotiklər sayəsində dərinin nəmini artırır, qırışların dərinliyini azaldır və dərinin parlaq görünməsinə kömək edir.

Qara zirənin tərkibində çoxlu karbohidratlar, yağlar və zülallar var. Tərkibində A, B1, B2, B3, B6, B9 və C vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, fosfor, natrium, manqan, dəmir və sink kimi vitamin və minerallar var. Bu toxum qan təzyiqi və qan lipid səviyyələrini tənzimləməyə kömək edir. Aparılan araşdırmalara görə, onun pis xolesterini və ümumi xolesterin səviyyəsini əhəmiyyətli dərəcədə aşağı saldığı müşahidə edilmişdir. 

İmmunitet sisteminin gücləndirilməsini dəstəkləyir. Bu, xoralara səbəb olan Helicobacter pylori adlı infeksiyaya qarşı da faydalıdır.

Qara zirə qan şəkərini balanslaşdırır və piylənmənin qarşısını alır. Maddələr mübadiləsini sürətləndirir və bağırsaqların düzgün işləməsində təsirli olur. Psoriaz, ekzema və sızanaq kimi dəri xəstəliklərinin yaxşılaşmasına kömək edir. Diabet və astma kimi xəstəliklərin aradan qaldırılmasında faydalıdır. 

XƏBƏRDARLIQ: Həssaslığı, allergiyası olan insanların və hamilə qadınların istehlak etməsi tövsiyə edilmir. Pəhrizinizə daxil etməzdən əvvəl həkiminizdən icazə almalısınız.