Bioloji aktiv əlavələr (BAƏ) müxtəlif fikirlərə səbəb ola bilər. 

Foodinfo.az xəbər verir ki, bu barədə həkim və teleaparıcı Aleksandr Myasnikov deyib.

O vurğulayıb ki, ciddi xəstəliklərdən söhbət gedəndə tədqiqatlar heç də həmişə birmənalı nəticələr vermir. Hətta bəzən vitaminləri də qəbul edənlər daha tez-tez xəstələnirlər. Lakin bəzi ölkələrdə, məsələn, Almaniyada bir çoxları qida əlavələri və bitki mənşəli preparatlardan istifadə edir.

Myasnikovun fikrincə, BAƏ ideyası düzgün bəslənməni əvəz etməkdir, çünki onların tərkibində düzgün pəhrizdən əldə edilə bilən eyni mikroelementlər var. Çox güman ki,  həkimlər xəstələrinə bu cür əlavələr qəbul etməyi tövsiyə etməyəcəklər, əvəzində qida rasionunu yaxşılaşdırmaq, məsələn qoz-fındıq və toyuq ətinin qəbulunu artırmaq kimi məsləhətlər verəcəklər. 

Myasnikov, həmçinin, digər dərmanlarla qarşılıqlı əlaqənin qarşısını almaq üçün həkiminizə BAƏ qəbulu barədə məlumat vermənizi tövsiyə edir.

Bir sözlə, bioloji aktiv əlavələrin qəbulu mübahisəli məsələdir. Elmi tədqiqatlar qarışıq nəticələr göstərir və onların faydalı olub-olmadığı sual yaradır.

Yaxşısı balanslaşdırılmış qida rejiminə riaət etmək və rasionunuza bu əlavələri daxil etməli olduğunuz barədə həkiminizlə məsləhətləşməkdir.

Fərid