Arıqlamaq üçün nə yemək olar ki, həm dadlı, həm də faydalı olsun? Bu sualın cavabı sadədir: ərik!
Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq, tibb elmləri namizədi Angelina Dyubina danışıb.
Onun sözlərinə görə, şirin dadı və gözəl ətri ilə seçilən ərik bədən quruluşunuz üçün təhlükəli deyil. Ona görə də bu meyvə tez-tez mono-pəhrizlərdə istifadə olunur. Seçim düzgündür, çünki liflə zəngin olduğu üçün ərik uzun müddət insanı tox saxlayır.
Bundan əlavə, ərikdə sağlamlıq və gəncliyin qorunması üçün lazım olan çoxlu vitaminlər, minerallar və digər maddələr var. Lakin mono-dietlər yalnız mütəxəssisin tövsiyələrinə ciddi əməl etdikdə faydalı və effektiv olur.
Bununla yanaşı, həftədə bir dəfə ərik detoksu etmək, mədə-bağırsaq traktında problemləri olan insanlar istisna olmaqla, demək olar ki, hər kəs üçün faydalıdır.
Zehni işlə məşğul olursunuzsa, ərik mükəmməl seçimdir. Bu meyvədə beyin fəaliyyətini stimullaşdıran, yaddaşı və idrak qabiliyyətini yaxşılaşdıran maddələr var.
Qan dövranı problemi olan insanlar da qida rasionuna ərik daxil etməlidirlər. Bir tərəfdən, bu meyvə qan keyfiyyətini, xüsusən də hemoglobini artırır. Digər tərəfdən, kalium, maqnezium və dəmir ürək fəaliyyətinə kömək edir və qan damarlarının divarlarını daha elastik edir.
Ərik həzm sistemini normallaşdırdığı üçün orqanizmi təmizləməyə kömək edir, tərkibindəki antioksidantlar isə hüceyrə zədələnməsinin qarşısını alır.
Son araşdırmalar göstərir ki, ərikdə olan aktiv birləşmələr mədə xorası xəstəliyinin əsas səbəbkarı olan "Helicobacter pylori" bakteriyasının artmasının qarşısını alır.
Nurlan