Araşdırmalar göstərib ki, albalı beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Bu səbəbdən yaşlı insanlar üçün çox faydalıdır. Tərkibində A, C, B qrupu, PP vitaminlər, dəmir, mis, maqnezium minerallar, antosianlar, kumarinlər, bioflavonoidlər, orqanik turşular olan albalı zəngin kimyəvi tərkibi sayəsində artrit və podaqradan əziyyət çəkənlər üçün çox faydalıdır. Eyni zamanda ürək əzələlərini və damarları möhkəmləndirir, trombların əmələ gəlməsinin qarşısını alır, ürək tutması, infarkt və insultun riskini azaldır. Albalının tərkibində olan antosian maddələri mədəaltı vəzin fəaliyyətinə də müsbət təsir edir və bu səbəbdən şəkərli diabetdən əziyyət çəkənlər üçün əvəzolunmazdır. Maqnezium və B qrupu vitaminləri ilə zəngin olduğundan sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, gərginliyi azaldır, yuxunu tənzimləməyə kömək edir. Albalı qanın tərkibinə müsbət təsir edir, qanazlığını aradan qaldırır, orqanizmdə iltihabları azaldır, görmə qabiliyyətini yaxşılaşdırır.