Bütün təbii meyvələr insan orqanizmi üçün faydalı hesab edilir. Foodinfo.az xarici media portallarına istinadla xəbər verir ki, bu barədə tanınmış həkim-diyetoloq Aleksandra Piruqa jurnalistlərə müsahibəsində bildirib. Onun sözlərinə görə, alma tərkibindəki faydalı elementlərin hesabına insanın cavanlıq dövrünü uzadır və gözəlliyini qoruyub saxlamağa kömək edir. Jurnalistin "tələb olunan effekti almaqdan ötrü gündə neçə alma yemək lazımdır" - sualına Piruqa belə cavab verib: "Bütün meyvələrin tərkibində olan B, C, E vitaminləri kalium, kalsium, maqnezium, yod, marqanes və s.-nin daşıyıcılarıdır. Orqanizmin zəruri elementləri alması üçün gün ərzində 2-3 ədəd alma yemək kifayətdir. Bu, sizin həm uzun müddət tox qalmanıza, həm də bədənin mütənasibliyini qoruyub saxlamağa kömək edir".