Hazırda meyvələrin bol olduğu mövsümdəyik. Bir çox evdar qadınlar artıq qışa hazırlıq görməyə və müxtəlif mürəbbə, cem və kompotlar hazırlamağa başlayıblar.
Foodinfo.az xəbər verir ki, diyetoloq və nutrigenetika üzrə mütəxəssis Kseniya Çornaya alma mürəbbəsini daha faydalı etməyin yollarından danışıb.
Bunun üçün şəkəri unutmaq lazımdır, o zaman mürəbbə çox qatı olmayacaq, lakin yenə də şirin və daha faydalı olacaq.
Həmçinin, almadan şəkərsiz turşu-lavaş və ya alma qurusu da hazırlamaq olar. Alma püresini dondurmaq, yaxud dilimlərini bankada konservləşdirmək kimi seçimləriniz də var.
Bunun üçün almaları əvvəlcə 3-5 dəqiqə qaynar suda qaynatmaq, sonra bankaya yığmaq, üzərinə qaynar su tökmək və bağlamaq lazımdır.
Mütəxəssisin sözlərinə görə, ən faydalı almalar turş olanlardır, çünki onlar C vitamini ilə zəngindir və qan damarlarının divarlarını gücləndirir. Bununla belə, bu meyvədən həddən artıq çox yeməməlisiniz, çünki tərkibində çoxlu fruktoza var.