Su, karbohidrat, protein, yağ, B vitaminləri və müxtəlif minerallarla zəngin arı südü bir çox xəstəliklərin müalicəsində istifadə edilir.
Foodinfo.az Medicina.az-a istinadən arı südününü faydalarını təqdim edir:
Xolestrolu aşağı salır
Həm heyvanlar, həm də insanlar üzərindəki aparılan çalışmalara görə, arı südü xolesterolu aşağı edir, infarkt riskini azaldır. 2017-ci ildə aparılan bir araşdırmaya görə, 3 ay boyunca gündə təxminən 3 qram arı südü içən insanlarda xolestrol səviyyəsi 11,5 ve 4,8 faiz azalıb.
Qan təzyiqini aşağı edir
Aparılan çalışmalarda, arı südünün qan təzyiqini aşağı etdiyi məlum olub.
Qan şəkərini aşağı salır
Arı südü oksidatif stressi və iltihabı azaldaraq qan şəkərini və insulin normasını tarazlaşdırır. 2012-ci ildə aparılan bir araşdırmada 6 ay boyunca gündə 3 qram arı südü qəbul edənlərdə qan şəkəri önəmli miqdarda azalıb.
İmmun sistemini gücləndirir
Arı südündəki proteinlər və yağ asidləri, infeksiya riskini azaldır, xəstəliklərə qarşı mübarizə aparır.
Klimaksın simptomlarını azaldır
Klimaksın ağrı, depressiya və s. kimi yan təsirləri ola bilər.
2018-ci ildə yayımlanan çalışmada, 12 həftə boyunca gündəlik 800 mq arı südü qəbulu kürək, bel ağrısı və digər narahatlıqları azaltdığı məlum olub.
Arı südünün yan təsirləri varmı?
Arı südünün astma, dermatit kimi yan təsirləri var.
Allergiyası olanlar xüsusən diqqətli olmalıdırlar.