Payız fəsli rasionu vitamin və faydalı maddələrlə zəngin qidaları əlavə etməklə zənginləşdirməyin tam zamanıdır. İmmuniteti gücləndirmək, arıqlamaq və mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırmaq üçün nə yemək lazımdır?

Foodinfo.az xəbər verir ki, bu sualı diyetoloq Svetlana Voronkova cavablandırıb.

Onun sözlərinə görə aşağıdakı 8 qida arıqlamağa və xəstələnməməyə kömək edəcək.

1. Qreypfrut. Tərkibində hüceyrələrə qida verən və maddələr mübadiləsini yaxşılaşdıran naringenin maddəsi var. Efir yağları və orqanik turşular həzmi və maddələr mübadiləsini sürətləndirir. Qreypfrut viruslardan mükəmməl qoruyan fitonsidlər və antioksidantlarla, eləcə də C vitamini ilə zəngindir.

2. Qaragilə. Antioksidantlarla zəngindir, tərkibində flavonol, kvertsetin var, iltihab və ürək-damar xəstəliklərindən qoruyur. Koqnitiv funksiyaları yaxşılaşdırır, xolesterini azaldır, insulin dirəncini azaldır, arıqlamağa kömək edir və immun sistemini gücləndirir.

3. Sarımsaq. Sarımsağın tərkibində olan allisin qaraciyər metabolizmini artıraraq və mədəaltı vəzi hüceyrələri tərəfindən insulin ifrazını stimullaşdıraraq əhəmiyyətli hipoqlikemik təsir göstərir. Antidiyabetik effektə malikdir. Sarımsaq həm də viruslardan qoruması ilə tanınır. Çəki artımına və donmasına təsir edə bilən bağırsaq infeksiyalarına qarşı effektivdir.

4. Kələm. Qanda B vitaminlərinin aşağı səviyyəsi ilə piylənmə arasında birbaşa əlaqə sübut olunub. Folat terapiyası insulin dirəncnə müsbət təsir göstərir, qan damarlarının divarlarını gücləndirir və homosistein səviyyəsini azaldır. B vitaminləri stresdən qorunmasında və bədənin immun funksiyasının formalaşmasında vacib rol oynayır.

5. Avokado. Tərkibində ürəyin, qan damarlarının və beynin normal fəaliyyəti üçün zəruri olan çoxlu miqdarda faydalı yağ turşuları, həmçinin, bağırsaqların işini yaxşılaşdıran və qəbizliyi aradan qaldıran çoxlu miqdarda lif var. Bu meyvənin müntəzəm istehlakı sayəsində siz anemiyanın öhdəsindən gələ, xolesterinin səviyyəsini azalda, iltihabı aradan qaldıra, orqanizmin qoruyucu funksiyalarını artıra bilərsiniz.

6. Qızılbalıq. Bu balıq B qrupundan vitaminlərlə və D vitamini ilə, həmçinin ən güclü antioksidantlardan biri olan astaksantinlə zəngindir. O, xolesterinin səviyyəsini aşağı salmağa kömək edir, orqanizmdə immun hüceyrələrinin ümumi sayını, eləcə də onların aktivliyini artırır. Qızılbalığı ispanaqla birlikdə yemək məsləhətdir.

7. İspanaq. Nadir qidalandırıcı maddələrlə zənginliyi onu digər göyərtilərdən fərqləndirərək "kral məhsulu"na çevirir. İspanağın tərkibində C, K, E vitaminləri, kalsium, maqnezium, dəmir və digər mikroelementlər daha çoxdur. O, orqanizmi antioksidant qoruma ilə təmin edə və immunostimulyasiya təsiri göstərə bilir. İspanaq arıqlayanlar üçün də ən yaxşı məhsul hesab olunur. O, toxluq hormonunun ifrazı səbəbindən qida qəbulunu azaldır.

8. Balqabaq. Rəngli payız tərəvəzi bir çox faydalı mikroelementlərlə zəngindir. Orqanizm üçün ən vacib olanlar maqnezium, dəmir, manqan ("marqans"), sink, selen və yoddur. Balqabaqlı yeməklər immun sisteminizi güclü, süfrənizi isə rəngarəng edəcək.