Bağırsaq, kolon, yoğun bağırsaq xərçəngindən qorunmaq üçün mütləq önləyici qidalanma seçilməlidir.
Foodinfo.az Medicina.az-a istinadən bu xəstəliyə qarşı effektiv pəhrizi təqdim edir.
Gündə 3 dəfə, hər dəfə 150 qr təzə meyvə, təzəvəz və ya salatları yeyilməlidir.
Tam taxıl və rafinə olunmamış un bu seçilməlidir. Təmiz ağ un olmaz.
Hər gün bir ovuc bunlardan birini yeyin: qoz, fındıq və ya badam
Sərt qabıqlı quru çərəzlər daim əlinizin altında olsun.
Qırmızı ət – quzu, dana əti və texniki işlənmiş ət - sosis, kolbasa və s. azaldın və ya heç yeməyin.
Hisə verilmiş, duzlanmış, qaxac ət məhsullarında nitrat, nitritlərlə zəngin olduğu üçün kanserogendir və bağırsaqlarda polip, iltihab, şiş yaradır.
Gündə ən azı 8-9 stəkan təmiz su içməlisiz. Fiziki iş, idman, qaçışla məşğul olursuzsa, suyu artırmaq lazımdır.
Duz, duzlanmış qidalar, turşu, şoraba, zeytun azaldılmalıdır. Yeməyi əlavə duzlamağı unudun.
Yağlardan təmiz zeytun və omeqa -3 – balıq yağı potensial xərçəng riskini azaldır.
Vitamin, mineral ehtiyacınızı təzə meyvə-tərəvəzdən alın.
Amma D vitaminini həmişə yüksəkdə tutun. Ən azı analizlərdə 40-50 olmalıdır.
Kalsium üçün təzə süd yox, kəsmik, şor, qatıq, kefir yeyə bilərsiz. Süd bağırsaqlarda iltihabı artırıb, laktoz yetmezliyi varsa, ağırlaşdırır.