Meyvə və tərəvəzlərin tərkibindəki antosiyanin adlanan qırmızı, bənövşəyi və mavi piqmentlər enerji mübadiləsinə, bağırsaq mikrobiotasına və iltihaba təsir edərək diabet riskini azalda bilər. 


Foodinfo.az xəbər verir ki, bu barədə “Sciencedaily” nəşrinin məqaləsində qeyd olunur. 
Nəşr qeyd edir ki, antosiyaninlərin 2-ci tip diabetə faydalı təsiri antosiyanin asilləşdirildikdə artır, yəni antosiyanin şəkər hissələrinə bir asil qrupu əlavə olunur. 
Böyük miqdarda asilləşdirilmiş antosiyaninlər bənövşəyi kartofda, bənövşəyi şirin kartofda, turpda, bənövşəyi yerköküdə və qırmızı kələmdə tapıla bilər, qaragilə və tutda isə əsasən asilləşməmiş antosiyaninlər var.

Asilləşdirilmiş antosiyaninlər həzm prosesində zəif sovrulur, lakin onlar probiotik xüsusiyyətlərə malikdir və asilləşdirilməmiş antosiyaninlərdən daha effektiv şəkildə diabet riskini azaldırlar.

Nərmin