Milli Qocalma İnstitutunun alimləri sübut ediblər ki, yalnız iki ay ərzində xüsusi pəhrizə riayət etmək sağlamlığın əsas göstəricilərindən biri olan bioloji yaşımıza əhəmiyyətli dərəcədə təsir edir. Foodinfo.az xəbər verir ki, tədqiqat BMC Medicine jurnalında dərc olunub.
Söhbət vegan pəhrizindən gedir. Müəlliflər təxminən 40 yaşında olan 21 cüt eyni əkizlə təcrübə aparıblar. Bir qrupa səkkiz həftəlik vegan pəhrizi verildi, digəri isə hərtərəfli pəhriz izlədi.
Məlum olub ki, vegan pəhrizinə riayət edən əkizlərin sağlamlıq göstəricilərində əhəmiyyətli dəyişikliklər baş verib. Səkkiz həftə ərzində onların bioloji yaşı orta hesabla 7,5 ay azalıb.