Uzun və sağlam ömrün dərmanı bu meyvədə gizlidir. Əsrlər əvvəl İbn Sinanın yazdığı kitabda yer alan bu meyvə sağlam və uzun ömrün sirridir. Yalnız bir ovuc istehlak etməklə saxlamlığınıza bir sıra müalicəvi faydalar verə bilərsiniz.
Foodinfo.az bildirir ki, sağlam və uzun ömür hər kəsin məqsədidir. Ona görə də sağlam qidalanmaya diqqət yetirməliyik. Bədənimizə şəfa verən çoxlu qidalar var. Əsrlər əvvəl İbn Sinanın təklif etdiyi bu meyvə bütün dərdlərə dərmandır. Xüsusilə sentyabr və oktyabr aylarında bazar köşklərində görülən bu meyvə Çin və Asiya bölgəsində tez-tez istehlak olunur. Həmçinin bu meyvə ölümsüzlük meyvəsi olaraq adlandırılır.
İnnab bol antioksidant ehtiva edir. Bu antioksidanlar həm də sərbəst radikalların yaratdığı zərərin qarşısını alır. Beləliklə, diabet, ürək xəstəlikləri və xərçəngə qarşı qalxan olur. İnnab gənc yaşda baş verə biləcək infarkt riskini minimuma endirir.
Bu meyvə pis xolesterinlə mübarizə apararaq bədəni qoruyur.
İnnab immunitet sistemini mükəmməl qoruyur. Bu o deməkdir ki, orqanizmi xəstəliklərdən qoruyur. Xüsusilə qış aylarında aşağı immuniteti gücləndirir.
İnnab meyvəsi bol lif ehtiva edir. Lif xüsusiyyətlərinə görə həm həzm sisteminin sağlamlığını qoruyur, həm də sizi tox saxlayır.