Ən çox görülən həzm problemlərindən biri olan qəbizlik gündəlik həyata mənfi təsir edən sağlamlıq problemlərindən biridir.
Foodinfo.az xəbər verir ki, qəbizlik, həzmsizlik, şişkinlik və kramplara səbəb olur. Qeyri-kafi maye qəbulu, bərk qida və fast food istehlakı qəbizliyə səbəb olur. Hərəkətsizlik, stress, tualetə gecikmə və dərmanlardan istifadə də qəbizliyi tətikləyən amillərdir.
Bağırsaq hərəkətinin ləngiməsi nəticəsində yaranan bu vəziyyəti müalicəvi qidalar qəbul etməklə aradan qaldırmaq mümkündür.
Zeytun yağı qəbizlik üçün əsl dərmandır. Qəbizliyə qarşı bir qaşıq zeytun yağı bağırsaq sağlamlığına əhəmiyyətli dərəcədə təsir edir. Lakin zeytun yağı istehlak edərkən qidalanma menyusunu da tənzimləmək lazımdır.
Mütəxəssislər qəbizliyə qarşı ac qarına 1 xörək qaşığı zeytun yağının istehlak edilməsinin faydalı olduğunu bildirirlər.
Zeytun yağı qidanın bağırsaqdan keçməsini asanlaşdırdığı üçün qəbizliyi kəsməyə kömək edir.
Mədə boşkən istehlak edilən zeytun yağı da pis bakteriyaları yox edə bilər. Bu səbəbdən acqarına istehlak edilməsi məsləhət görülür.
Aç qarına istehlak edilən zeytun yağı bağırsaq selikli qişasını sürüşkən etdiyi üçün tualetə getməyi asanlaşdırır. Zeytun yağı istehlak etdikdən sonra səhər yeməyində zeytun, pomidor, xiyar və mövsümə uyğun göyərti istehlak etmək məsləhətdir.
Qəbizlik zamanı fast food və bərk qidalardan uzaq durmaq lazımdır. Qızardılmış qidalar istehlak edilməməli, süd məhsulları menyuya daxil edilməməlidir.
1 xörək qaşığından çox zeytun yağı kramp və ishala səbəb ola bilər.