Yüksək qida dəyərini təmin edən natriumla zəngin tərkibə malik çox güclü ədviyyatdır. Onun xassələri arasında A və C vitaminləri, maqnezium və kalium kimi zəngin minerallar var.

 Foodinfo.az xəbər verir ki, xüsusilə həzmsizlikdən yaranan mədə xəstəliklərinə yaxşı təsir edir. Həm də həzmsizliyi aradan qaldırmağa kömək edir.

Mədə kramplarını və mədə qazını aradan qaldırmaqda da faydalıdır.

Bundan əlavə, ifrazat sisteminin yaxşı işləməsini təmin etdiyi üçün həm ishal, həm də qəbizlik üçün əla vasitədir.

Hətta bağırsaq hərəkətlərini də dəstəkləyir.

Qan şəkərini tarazlıqda saxlayır. Buna görə də yüksək qan şəkəri olan insanlar müntəzəm olaraq istehlak etdikdə qan şəkəri normada qalır.

Güclü antioksidantlara malik olduğu üçün bədəndən zərərli toksinlərin çıxarılmasına da kömək edir.

Digər özəlliyi isə qış və mövsümi keçidlərdə tez-tez rast gəlinən qrip, soyuqdəymə xəstəliklərinin qarşısının alınması və müalicəsində istifadə edilməsidir.

O, həmçinin orqanizmin müqavimətini artırır və gələcək xəstəliklərdən qoruyur.

Bədəndə iltihabın sürətlə aradan qaldırılmasına kömək edir.

Tərkibindəki antioksidantlar sayəsində ürək-damar xəstəliklərindən qoruyur. Hətta infarkt və insult riskini də azaldır.

Həm də maddələr mübadiləsinin daha sürətli işləməsinə kömək edir. Bu şəkildə arıqlamaq istəyən insanlara da dəstək olur.

Yaxşı bir sidikqovucudur.

Sumaq müntəzəm istehlak edildikdə daha gözəl, təmiz və parlaq bir dəri meydana gəlir.

Eyni zamanda qocalma qırışlarını minimuma endirir və qocalmanı gecikdirir.

Menstruasiya zamanı yaşanan ağrıları azaltmağa və bu dövrü daha asan keçirməyə də kömək edir.

Ana südünü də artırır.

Ciddi şəkildə yağ yandırır və eyni zamanda arıqlamağa kömək edir.

Öskürək və boğaz ağrısına da yaxşı təsir edir.

Hər hansı təbii bitkidə olduğu kimi sumaqda da yan təsirlər baş verə bilər. Ona görə də bu otlardan istifadə etmək istəyənlər ya istehlak miqdarına diqqət yetirməlidir.