Nanə qaraciyər üçün çox faydalıdır. Sadə nanə içkisi ilə öd kisəsi və öd yollarında spazmları və gərginliyi aradan qaldırmaq olar. Həmçinin qaraciyərin işini xeyli asanlaşdırır, çünki yeməyi həzm edərkən üzərinə düşən yük azalır. Bu "iqtisadi" iş rejimi qaraciyərə toksinləri və artıq yağları daha yaxşı çıxarmağa kömək edir.

Sizə lazım olacaq:

Bir ovuc təzə nanə yarpağı;

Bir limonun suyu;

Bir portağalın suyu;

Bir litr su;

Üç yemək qaşığı bal.

Dərin bir metal qaba su tökün və qızdırın. Suya nanə yarpaqlarını əlavə edib 5 dəqiqə aşağı istilikdə qaynadın. Daha sonra otaq temperaturuna qədər soyudun Suya limon, portağal və bal suyu əlavə edin, yaxşı qarışdırın. Süzün və istifadə edin!

Nurlan