Bədəndəki kollagenin miqdarını asanlıqla ölçmək mümkün olmasa da, çatışmazlıq halında bəzi əlamətlər meydana çıxır. Dəridə qırışlar, dərinin sallanması, əzələ ağrıları, əzələlərin zəifləməsi, yorğunluq kimi əlamətlər kollagen çatışmazlığından xəbər verir. Bu problemlərin qarşısını almaq üçün tərkibində kollagen olan qidalar istehlak edilməlidir. 

 Foodinfo.az-ın məlumatına görə, bədəndə kollageni ən yaxşı şəkildə dəstəkləyən qida sümük iliyi bulyonudur.

Ən müalicəvi qidalardan biri olan sümük suyu tərkibində qlükozamin və xondroitin sulfat kimi komponentlər var.

Bədənin kollagen anbarını qısa müddətdə doldurmaq istəyirsinizsə, kollagen baxımından ən zəngin qida olaraq bilinən ilik sümüyü bulyonundan faydalana bilərsiniz. 

Kollagenin bədənə verdiyi faydalar aşağıdakılardır:

Həzm sistemini yaxşılaşdıran, mədənin selikli qişasını gücləndirən və tərkibindəki jelatin sayəsində həzm problemlərini yüngülləşdirən kollagen xroniki qəbizliyə yaxşı təsir edir.

Tərkibindəki kollagen dəri sağlamlığını artırır. Kollagen dərinin elastikliyini və nəm səviyyəsini qorumağa kömək edir.

Amin turşuları və minerallarla zəngin olan sümük suyu qış aylarında soyuqdəymədən qoruyur. İmmunitet sistemini gücləndirərək orqanizmin müqavimətini artırır.

Sümük bulyonunda minerallar (məsələn, kalsium, maqnezium və fosfor) və amin turşuları var, ona görə də qidalandırıcı bir qidadır. 

21 GÜNLÜK SÜMÜK BULYONU MÜALİCƏSİ: 

21 gün ərzində gündə bir stəkan istehlak edəcəyiniz sümük iliyi bulyonu hazırlamaq üçün sümükləri bol suda yuyun və bir saat suda saxlayın. İlik sümüyünə 1 çay stəkan sirkə, 2 litr su töküb ocağa qoyun. Orta istilikdə 50 dəqiqə bişirin. Parçalara ayırıb dondurucuda saxlayın. Hər səhər qızdırıb içərkən istiot və limon əlavə edə bilərsiniz.

QEYD: Hər hansı bir xəstəliyi olanlar kollagen müalicəsini sınamazdan əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.