Kalsium sağlam sümüklərin qorunmasında mühüm rol oynayır. Yaş keçdikcə bədəndə bu maddə çatışmazlığı hiss olunur.
Foodinfo.az xəbər verir ki, bu barədə qidalanma üzrə mütəxəssis Elena Baikovaya (Rusiya) "RIA Novosti"yə məlumat verib.
Onun sözlərinə görə, qana maneəsiz daxil olan, asanlıqla həzm olunan kalsiumun çoxu mayalanmış süd məhsullarında olur:
"Bunlar kəsmik, kefir, süd məhsulları, təbii qatıq, pendirdir".
"Qoz, sarımsaq, lobya, noxud, qarabaşaq yarması, yulaf əzməsi və arpa da kalsiumla zəngindir. Çia toxumları zəngin kalsium mənbəyidir.
Ispanaqda da təxminən 400 milliqram kalsiumla mövcuddur. İspanağın tərkibində damar sisteminə müsbət təsir edən vitaminlər də var. Bolqar bibəri, Brüssel cücərti və qulançarı da kalsium ehtiva edir. Bu bitkilərin tərkibi həmçinin maqnezium və vitaminlərdən ibarətdir ki, bu da sümüklərə müsbət təsir göstərir.
Diyetə balıq və dəniz məhsulları da əlavə edilməlidir. Yüksək keyfiyyətli zülal sayəsində balıq orqanizm üçün bir çox faydalı funksiyanı yerinə yetirir. Maddələr mübadiləsini yaxşılaşdırır, immunitet sistemini gücləndirir və saç və dırnaqların sağlam böyüməsini təşviq edir.
Kalsium və D vitamini nəinki sümükləri gücləndirir, həm də oynaqların vəziyyətini yaxşılaşdırır. Dəniz məhsullarından skumbriya və somon seçmək daha yaxşıdır", - mütəxəssis əlavə edib.