Bir çox insan yer almasının faydalarını bilinməsə də, insan bədəni üçün bu tərəvəz olduqca əhəmiyyətli qidalar arasında durur.

 Foodinfo.az-ın məlumatına görə, 150 qram yer almasında 110 kalori, 3 qram protein, 26,1 qram karbohidrat və 0 qram yağ var. Çox zəngin dəmir, mis, maqnezium, fosfor və kalium qaynağı olan bu qida tərkibindəki kompleks karbohidratlar sayəsində çox faydalıdır.

Üstəlik tərkibindəki "inulin" adlı lif bədəninizi tarazlaşdıracaq bir quruluşa malikdir. Bibər və brokoli kimi C vitamini yüksək olan qida ilə birlikdə istehlak edərək ondan maksimum fayda əldə edə bilərsiniz.

Yer almasının tərkibində olan inulin adlı lif növü bağırsaqların fəaliyyətini tənzimləyir və eyni zamanda “prebiotik” təsirə malikdir. İnulin bağırsaqlarda tapılan faydalı bakteriya növü olan "bifidobakteriyalar" adlanan bakteriyaların böyüməsini stimullaşdırır.

Bifidobakteriyalar bağırsaqdakı zərərli bakteriyaların sayını azaldır və bağırsaq mikrobiomunu yaxşılaşdırır. İltihabın sürətini azaldır, maddələr mübadiləsini sürətləndirir və toxunulmazlığı artırır.

Yer alması qan təzyiqini tənzimləyən və natriumun mənfi təsirlərindən qoruyan mühüm kalium mənbəyidir. Beləliklə, yüksək təzyiqlə mübarizə aparırsınızsa, bu mövsüm diyetinizdə yer alması da daxil edə bilərsiniz. 

Yer almasında olan həll olunan lif yüksək xolesterol və trigliseridləri azalda bilər. Yüksək həll olunan lifli qidaların istehlakı ürək-damar sağlamlığını yaxşılaşdıra və xolesterol səviyyəsini azalda bilər. Buna görə xolesterol problemlərindən narahatsınızsa, menyunuza yer alması əlavə edə bilərsiniz.

Tədqiqatçılar yer almalarını tədqiq edərkən 11 sesquiterpen laktonu və iki fərqli məlum flavon növü tapıblar. Bu birləşmələr xərçəng hüceyrələrinə qarşı qoruyucu təsir göstərir. Müntəzəm olaraq istehlak edildikdə, əmələ gəlmə riski olan xərçəng hüceyrələrini öldürə bilər.