Kollagen dərimizin dörddə üçünü və bədən zülalının üçdə birini təşkil edir. Sümüklərdə, əzələlərdə və qanda olur. Yaşlandıqca mövcud kollagen parçalanır və bədənin yeni kollagen istehsal etməsi çətinləşir. Dərimiz üçün bahalı baxım məhsullarından aldığımız kollagen əlavələri yerinə daha asan və daha təbii qaynaqlardan əldə edə biləcəyimiz kollagenlər daha təsirli olur.
Foodinfo.az tərkibində kollagen olan qidaları təqdim edir:
KİVİ
Kivinin tərkibində A, C və K vitaminləri var. Bu vitaminlər dərinin sağlamlığını qoruyur və dərini bərpa edir. Kivi istehlak edərək dərinizə kollagen dəstəyi verə bilərsiniz. Populyar bir qış meyvəsi olan kivi istehlakı dərinizi cavanlaşdırar və zamana meydan oxuyar.
QARAGİLƏ
Qaragilə ən təsirli yaşlanma əleyhinə qidalardandır. Onların tərkibində nəinki yüksək konsentrasiyalı antioksidanlar var, həmçinin bir çox araşdırmalar onların ürək, sinir sistemi, beyin və gözlər üçün çox faydalı olduğunu irəli sürüb.
FISTIQ
Fıstıqda yüksək sink var ki, bu da dərinin dolğun və gənc görünməsini təmin edən kollagen istehsalını stimullaşdırır. Dərini sıxır və sallanmasının qarşısını alır. Qırışlarla mübarizə aparır və incə xəttlərin görünüşünü azaldır.
Fıstıq, həmçinin bədəni sərbəst radikalların yaratdığı zərərdən qorumağa kömək edən antioksidantlarla zəngindir.
ZEYTUN YAĞI
E vitamini ilə zəngin zeytun yağı həm saça, həm də dəriyə qulluqda tez-tez istifadə olunur. Zeytun yağı dərini nəm saxlayır. Dərinin qırışmasının və incə xəttlərin əmələ gəlməsinin qarşısını alır. Dəriyə dolğunluq verir. Sıx və canlı dəri əldə etməyə kömək edir.
Zeytun yağı istehlak edərək və ya istifadə etdiyiniz dəriyə qulluq kremlərinə zeytun yağı əlavə edərək dəri sağlamlığınızı qoruya bilərsiniz.
QIRMIZI BİBƏR
Qırmızı bibərdə bol miqdarda C vitamini var. Qırmızı bibər C vitamini və kollagen dəstəyi təmin edərək dəri hüceyrələrini qısa müddətdə bərpa etməyə kömək edir. Müntəzəm olaraq qırmızı bibər istehlak edərək dəri sağlamlığınızı dəstəkləyə bilərsiniz.
PROPOLİS
Propolis dəriyə kollagen dəstəyi verir. Bu xüsusiyyəti ilə hüceyrələri sürətlə yeniləyir. Qırışların və incə xəttlərin görünüşünü azaldır.
Propolisin tərkibindəki kollagenlər dərinin kollagen səviyyəsini artırır, dərini cavanlaşdırır. O, həmçinin dərinin elastik strukturunu qoruduğu və kollagen istehsalını dəstəklədiyi üçün dərinin qırışmasının qarşısını alır.