Mətbəxlərimizin vazkeçilməzi olan və yeməklərimizə dad qatan kəklikotu əslində, bir çox sağlamlıq faydası olan bir bitki kimi tanınır. Kəklikotundan, xüsusilə kəklikotu çayı şəklində istehlak edildikdə bu faydaları asanlıqla əldə etmək olur. 

Kəklikotu çayının hazırlanması olduqca sadədir. 

Lazım olanlar:

1 çay qaşığı qurudulmuş kəklikotu və ya 2 çay qaşığı təzə kəklikotu yarpağı

1 stəkan qaynar su

Hazırlanması:

Bir stəkan qaynar su hazırlayın. Suya kəklikotu yarpaqlarını əlavə edin. Kəklikotu yarpaqlarının dadını və ətirini daha yaxşı çıxarmaq üçün bir neçə dəqiqə dəmlədin. Sonra çayınızı süzərək isti və ya soyuq istehlak edə bilərsiniz.

 Foodinfo.az kəklikotu çayının faydalarını təqdim edir:

Kəklikotu çayı bədəni sərbəst radikallardan qoruyaraq hüceyrə zədələnməsini azaltmağa kömək edən antioksidantlarla doludur.

Kəklikotu C vitamini ilə zəngindir və immunitet sistemini dəstəkləməyə kömək edir.

Kəklikotu çayı həzm problemlərinə qarşı təsirlidir. Qaz, şişkinlik və həzm problemlərini aradan qaldırır.

Bu çayın buxarı öskürəyi aradan qaldırmağa və tıxanmış tənəffüs yollarını açmağa kömək edir.

Kəklikotu çayı bakteriya və göbələklərlə mübarizə aparan və infeksiya riskini azaldan komponentləri ehtiva edir.

Gündə bir və ya iki stəkan kəklikotu çayı istehlak etmək adətən kifayətdir. Çayınızın dadını dadlandırıcı əlavə edərək və ya lazım olduqda limon suyu sıxaraq artıra bilərsiniz.

İSTİFADƏDƏN ƏVVƏL DİQQƏT!

Kəklikotu çayı ümumiyyətlə sağlam insanlar üçün təhlükəsizdir və bir çox insan üçün faydalıdır. Ancaq bəzi hallarda ehtiyatlı olmaq lazımdır:

Hamilə və ya əmizdirən qadınlar, xüsusən də yüksək dozalarda istehlak etməkdən çəkinməlidirlər.

Mədə xorası və ya qastroezofageal reflü xəstəliyi kimi mədə problemləri olanlar kəklikotu çayını çox istehlak etməkdən çəkinməlidirlər.

Əgər kəklikotu və ya digər bitkiyə allergiyanız varsa, kəklikotu çayını istehlak etməkdən çəkinməlisiniz.

Yekun olaraq qeyd edək ki, kəklikotu çayı dadlı və sağlam içkidir, lakin istənilən bitki çayını normada istehlak etmək vacibdir. Səhhətinizdə problem və ya allergiyanız varsa, ilk növbədə həkimə müraciət etmək vacibdir.